Rusiyalı rejissor Valeri Qay Qermanika çətin insan xarakterinə malik insan obrazıdır. Biz onun repertuarında “Все умрут, а я останусь”, (Hamı öləcək, mən qalacağam) “Да и Да” (Bəli və Bəli) və “Школа”nı (Məktəb) görmüşük. Sonuncu, qalmaqallı serial Rusiyanın Birinci Kanalında nə çox, nə az düz il yarım yayımlanıb.


Amma bu dəfə rejissor tamaşaçıları IKEA üçün çəkilmiş qısametrajlı filmdə “Promotey” ilə təəccübləndirib.


Süjet üzrə yeni evlənənlərə sifarişlərdən əlavə, çox sayıda stolüstü lampalar göndərilir. Cütlük əlavə lampaları dostlara, tanışlara hədiyyə etməyi və eyni zamanda onları yeni mənzillərinə qonaq çağırmağa qərara gəlirlər. Yalqızlığın və gərəksizliyin tipik leytmotivinə baxmayaraq, çarx xoşbəxt sonluqla qurtarır.


Baş rollarda çarxın belə demək mümkünsə əsas qəhrəmanı olan “LAMPA”, Nadejda Sısoeva, Andrey Çadov yer alıb.