Puma markası ən populyar krassovka brendi olan “Suede”nin 50 illiyinə uyğunlaşdırılmış gözlənilməz kapsul kolleksiyasını buraxıb.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, genişmiqyaslı kampaniya çərivəsində “Puma”nın partnyoru “Pepsi” olub.


Brendlər birlikdə əməkdaşlığı çərçivəsində ayaqqabı və geyimlərin kapsul kolleksiyasını buraxıb. Kolleksiyaya qısa qol köynək, papaqlı uzun qol köynək, idman şalvarı, əlbəttə ki, yubleyi qeyd olunan “Suede” ayaqqabıları daxidir. Geyim və ayaqqabıların hər bir elementi PUMA və “Pepsi”nin loqotipləri ilə bəzədilib.


Qeyd etmək yerinə düşər ki, yeni məhsulun bazara dəqiq çıxarılması tarixi hələ ki, məlum deyil. Amma modellərə artıq indidən baxmaq olar.