Z nəslinin cəmiyyətdə iştirakı və özləri ilə birlikdə gətirdikləri dəyişikliklər şirkətlərin marketinq prosesinə də təsir edir.


Bu nəslin marketinq üzərində təsirinin olacağı artıq faktdır. Ancaq bu vəziyyətin təsiri gənc nüfuzun daha çox olduğu ölkələrdə daha aydın şəkildə görünür.


Facemark.az xəbər verir ki, “Cheil India” da Hindistanın gənc nəslinin və onların edə biləcəklərinin fərqindədir. Agentlik “Samsung” üçün Z nəslini hədəf alan kampaniya hazırlayıb.


Gənclər “ağıllı” telefonları ilə etdikləri paylaşımlarla Hindistanın fərqli üzünü göstərirlər.


“Samsung”un Hindistan bazarı üzrə marketinq müdiri Ranjivjit Singh gənclər ölkələrinin görünməyən tərəflərini çəkərək dünyaya təqdim edə bilərlər. Bu, bir fürsətdir. #IndiaReadyAction gənclərin özlərini ifadə etmələri üçün hazırlanmış layihə də adlandırmaq olar.


İştirakçılar #SamsungIndia, #IndiaReadyAction, #City ve #Theme həştəqlərindən isifadə edərək “Instagram” üzərindən yemək, məkan, əyləncə, mədəniyyət mövzularında hazırlanan qısa videolarını paylaşırlar.


“Instagram”da yayımlanan videolar “Samsung”un saytı üzərindən Hindistanın xəritəsi üzərində yerləşdiriləcək. Beləliklə, #IndiaReadyAction kampanyasının xəritəsi ərsəyə gətiriləcək. “Samsung” seçilən iştirakçılara Galaxy A70, Galaxy A80 və Samsung Smart TV hədiyyə edəcək.