İqtisadiyyatın müasir inkişaf mərhələsi sənayeləşmə və modernləşməsilə xarakterizə olunur. Yüngül sənaye son illər bu baxımdan çox sürətlə inkişaf edən sahədir. Biz bununla nəyinki daxili tələbatı ödəmək, eyni zamanda xarici bazarlara öz zövqümüzü diktə edə bilərik. Bu sahə zövqlərlə bağlı sahədir. Eyni zamanda, yüngül sənayenin inkişafı komandanın vizyonundan, texnologiyanın mütərəqqiliyindən, xammalın keyfiyyətindən asılıdır. Azərbaycan hələ qədim zamanlardan Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınır. Böyük İpək Yolunun bir hissəsinin ölkəmizdən keçməsi də təsadüfi deyil. Çünki hələ o dövrdə yerli sakinlər pambıqçılıq və baramaçılıqla məşğul olublar. İndi həmin ənənə bərpa olunur. Son illərdə pambıq, gön-dəri istehsalı ölkəmizdə artır. Təbii ki, bu sahənin inkişafı və məhsul bolluğu ölkədə yüngül sənayenin inkişafına da təkan verir. Tekstil sənayesi məhsulları dünyada əsas istehlak məsullarından biridir. Əsasən əl əməyi tələb edir ki, bu da işsizliyin aradan qaldırılmasında böyük önəm daşıyır. İdxal asılılığın azaldılması, ixrac potensialının artırılması, milli brendin yaradılması, ixtisaslı kadrların yetişdirilməsinə səbəb olur.


Sənaye sektorunun payı 15,7 faiz artıb. Cari ilin 6 ayı ərzində 233 milyon manatlıq tekstil məhsulları istehsal olunub. Böyük artım müşahidə 5,2 faiz olub. Təkcə iplik istehsalı 65 faiz artıb. Toxuculuq məhsulları 100 faiz, pambıqdan olan parça istehsalı 10 faiz artıb. Tikiş geyimlərinin istehsalında 3 faiz artım olub. Səbəb Azərbaycanda pambıq iplik, yəni pambıq bitki olan xammal mövcuddur. Pambıqçılıq proqramı təkcə son il ərzində iki qat pambıq və pambıqda emal olunan maxlıc artmışdır. 2017-də 32 min ton maxlıc, 2018-ci ildə 61 min ton olub. İplik və toxuculuq tikiş məhsulları, geyim məhsulları üçün xammal hesab olunan məhsullardır. Heyvandarlıq xammala olan yun, yarım yun, süni kimyasallardan hazırlanmış kimyəvi liflər, viskoza assetat, lafsan, kapron istehsalı üçün xammal mövcud olmaması idxaldan asılılıq olduğu üçün geyim məhsullarının istehsalı sahəsində birdən-birə böyük artım gözlənilə bilməz. Daha yüksək marjinallı məhsul olunub ixrac və daxili tələbatı ödəmək üçün təbii ki, müəyyən iqtisadi reformalar tələb olunur.


Dünyada statistika üzrə Asiya ölkələri Çin geyim məhsulları üzrə birinci yerdədir. Ümumi dövriyyəsi və istehsal məhsullarının həcmi 32 faiz təşkil edir. Bu beşlikdə Çindən sonra Banqladeş 7 faiz, Vyetnam 6 faiz, Almaniya və İtaliya 5 faiz, Hindistan və Kamburca 3,4 faiz. Təbii ki, bu ölkələrdə, həm xammal mövcuddur, həm də uzun müddətli təcrübəyə sahibdirlər. Yun parçaların istehsalı üçün xüsusi merinos tipli qoyunların istehsalı və emalı lazımdır. Yun iplik fabriki tikilməlidir. Həmin yun iplikdən yun parçalar istehsal olunsun. Tikiş aksessuarları, texnologiya və texnoloq çatışmazlığı var. Bunun üçün universitetlərlə çox sıx əməkdaşlıq etmək lazımdır. İqtisadiyyat və Gəncə Universitetinin xüsusi tekstil mühəndisliyi fakültələri də lazımdır. Amma bu da kifayət deyil.


Dünyada bu çox yüksək tələbatlı olan və yüksək gəlirliyə sahib bir sahədir. Qlobal tekstil və geyim sənayesinin dövriyyəsi təxminən 3 trilyon təşkil edir. 1980-ci ildə dünyada geyim məhsullarının ixracı 40 milyard dollar təşkil edirdisə, hazırda ümümdünya tekstil geyim və geyim aksessuarları istehsalının bugünkü həcmi 4 trilyon dolları ötməkdədir. Bunun keçmişdə olduğu kimi günümüzdə də populyarlaşdırmaq lazımdır. Bazarda seqmentdə yer tutmaq, markalaşmaq və brendləşmək lazımdır. Dizayn studiyalarının inkişafı tələbdir. Çünki zövqlər müxtəlifdir. Gündəlik geyim sahəsində dizayn studiyaları, moda akademyası mövcud deyil. Dövlət qurumları və İqtisadiyyat Nazirliyi ilə birlikdə uzun müddətli bu sahələri formalaşdırmaq lazımdır. Əks halda geyim məhsulları yerli və xarici markalaşmaq yaranmayacaq. Tekstildə də bəlli bir ekosistemin mövcud olması zəruridir. Bütün biznes sektorlarında olduğu kimi burda, həm dizayn studiyaları, xammal istehsalı, PR işinin, marketinq işinin aparılması kompleks yanaşma tələb edir. 2018-ci ildə qeyri-neft sənaye məhsullarının istehsalı 9,1faiz artıb. 2017-ci ilin statistikasında tekstil sənayesinin 100 də 75 faizini təşkil edib.


Rəqəmlərdəndə göründüyü kimi inkişaf tempi zəifdir. İnkişafın ölkə üçün hansı prespektivləri var? dedikdə burda əgər məşğulluq əsas alınarsa bu sektor əhəmiyyətli sektorlardan biridir. İkinci istiqamət odur ki, bunun rentabelliyinin gəlirliyinin artırılması burda mütləq brendləşməyə getmək lazımdır. Çünki Azərbaycan əhalisinin 10 milyonluq sayı var və 10 milyon insana xitab edən böyük tekstil toxuculuq müəssisəsi çox rentabelli olmaya bilər. Ona görə biz yaxın qonşular xüsusi ilə Gürcüstan, Orta Asiya ölkələri, Rusiya bazarına da çıxmalıyıq. Hazırda Azərbaycanda 100-dən artıq tekstil fabriki arasında ən çox yer olan tikiş fabrikləridir. Bu fabriklər yerli tələbatın təxminən 10 faizini ödəmək iqtidarındadır. Buna əsas səbəb kimi yun və yarım yun ipək və yarım ipək kimi xammal məhsullarının çox hissəsini Türkiyə, Çin, Pakistan və MDB ölkələrində idxal olunması göstərilir. İstehsal prosesində yerli xammal məhsullarının istifadəsi üçün bir sıra işlər görülməlidir. Kənd təsərrüfatında tekstil sənayesi üçün uyğun olan pambıq məhsullarının yetişdirilməsi, heyvandarlıq sahəsində yun parçalar üçün tələb olunan ipliyin əldə edilə bilməsi, tekstil sənayesinin inkişafına təkan verən amillərdir.


Xammal ilə yanaşı, həmçinin adi tikiş aksessuarlarının istehsalı da mövcud deyil. Misal üçün hər hansı bir geyimlər üçün astar parçalardır, düymələrdir, tikiş saplarıdır bunların hamısı xaricdən idxal olunur. Bunlara hal-hazırda mövcud olan əlavə gömrük rüsumları Azərbaycanda tikiş məhsullarının, geyim məhsullarının, hazır məhsulların maya dəyərinin daha yüksək olmasını təmin edir. Bu zaman yerli məhsulların idxal məhsulları ilə rəqabət aparması çətinləşir. Əgər gömrük rüsumları aşağı salınarsa, gələcəkdə idxaldan asılı olan məhsulların maya dəyəri ən az 15 faiz aşağı düşəcək. Azərbaycanda istehsal olunan tekstil məhsullarının xarici məhsullarla müqayisədə nə dərəcədə rəqabətə davamlı olduğuna gəldikdə tekstil fabrikləri beynəlxalq sertifikatlara malikdir. Bu da onun göstəricisidir ki, Azərbaycanda da keyfiyyətli məhsullar istehsal oluna bilər. Sadəcə bəzi çətinliklərin aradan qaldırılması üçün dəstəyə ehtiyac var. Ölkəyə xammal gətirildiyi zaman gələn hazır məhsulnan eyni faiz dərəcəsinə düşdüyünə görə yerli istehsal bir balaca ikinci planda qalır. Buna görə də alınan qərarlar yerli istehsalatın adına alınsın. Bu da köməklik edəcək ki, ixracat genişlənəcək, işləmək üçün daha böyük səbəblər yaranacaq. Ölkədə bu sahədə maya dəyəri və imic faktoru yaxşılaşdırıldıqdan sonra inkişaf müşahidə etmək mümkündür. İstehsal olunan məhsulun maya dəyərinin azaldılması, hazır məhsulun ortalama dünya səviyyəsinə çatdırılması...söhbət istənilən növ geyimdən, xüsusilə trikotaj geyimlərindən gedir.


Bunu düymə, yapışqan kimi materialların idxalına gömrük rüsumlarının azaldılması hesabına gəlmək olar. Rüsumların azaldılması tikiş istehsalının inkişafına gətirib çıxaracaq. 2017-ci ildə 7 milyon dollar, 2018-ci ilin yanvar ayında isə 650 min ABŞ dolları həcmində ölkədə iplik ixrac olunmuşdur. İstehsal olunan pambığın böyük bir hissəsi xammal, yəni pambıq maxlıcı şəklində ixrac olunr. Amma bunun həm də emalını dərinləşdirmək lazım və hazır məhsullar edərək onun ixracına nail olmaq olar. Pambq istehsalının artması toxuculuq məmulatlarının idxalına xərclənən vəsaitində azalmasına səbəb olacaq. Toxuculuq məmulatlarının idxalına ötən il ərzində 315 milyon dollardan çox vəsait sərf olunmuşdur. Burada düzdür pambıqçılıq məhsulları ilə yanaşı digər məhsullar da var. Amma yerli istehsal təşviq olunandan sonra bu məhsulların da idxalı azalacaq. Az-export portalına daxil olan sifarişlərdən biri də tibbi məqsədlər üçün istehsal olunan pambıqla bağlıdır. Lakin ölkədə mövcud müəssisələr bu cür pambıq istehsal etmir. Burda bir məntiq də var ki, yerli istehsal yerli zövqü formalaşdıran əsas istiqamətdir. Ölkəmizdə geyimə olan təlabatın cəmi 15 faizi yerli istehsal hesabına ödənir. Bu da o deməkdir ki, istifadə etdiyimiz paltarların böyük hissəsi xaricdən gətirilir.


Təxmini hesablamalara görə, hər il ölkədən 200 milyon dollar çıxır. Həmin məhsullar, əsasən Türkiyə, Çin və Avropa ölkələrindən idxal olunur. Ölkəyə idxal edilən geyimlərin bir qismi xərci və qiyməti ucuz geyimlər vardır. Xüsusən də Çindən keyfiyyətinisbətən aşağı olan, amma eyni zamanda qiyməti də yüksək olmayan geyim məhsulları idxal olunur. Nəticədə yerli məhsullar (yerli məhsulların qiyməti nisbətən yüksək olması) həmin geyim məhsulları ilə rəqabət apara bilmir. Nəticə etibarı ilə ucuz idxal olunan geyim məhsullarının daha çox satılmasına səbəb olur. Müşahidələr onu göstərir ki, yerli brendə istehlakçılarda inanmırlar. Ona görə də Bakıda sexlərdə tikilən paltarlara "Made in Turkey" etketləri vurulur. Azərbaycanda tekstil biznesi 3 sektoru 1. Toxuculuq; 2. Geyim istehsalı, dəri və dəri məlumatları; 3. Ayaqqabı istehsalını əhatə edir.


Müstəqilliyimizin ilk illərindən təqribən 20 il ərzində bu istiqamətdə çox ciddi addımlar atılmadı. Təəssüf edirəm ki, bir neft ölkəsi olaraq neft məhsullarını gündəlik tələbat malları olaraq benzin avrodizel və. s digərlərini idxal edirik. Bu da ölkədən valyutanın çıxmasına gətirib çıxarır. Eyni zamanda kənd təsərrüfatı nazirliyində pambıqı misal çəksək bu mənada pambıqdan xammal maddə kimi ixrac edirik. Ancaq tekstil məmulatları idxal edirik. Bu istiqamətdə 2011-ci ildən başlayaraq müvafiq addımlar atılıb. Bu da hesab edirəm ki, 2009-2010-cı illərdə dünya iqtisadi böhranından sonra hökumət bir növ ayılmağa başladı ki, xam neftə stafka edərək satmaqla iqtisadiyyatı dirçəltmək olmaz. O baxımdan istənilən hökumət maraqlıdır ki, yerli istehsal təşviq olunsun.


Hökumətdə məcbur olub təbii ki, Sumqayıt Texnologiya Parkı kimi Kimya Texnologiya Parkı kimi müsbət addımlar atdı. Modern müəssisələr qurulub bunu daha iqtisadi səmərəli istifadə etmək olardı. Keçmiş Sovet ölkəsindən qalan müəssisələrin əksəriyyəti, yəni Azərşin olsun PTZ olsun BEMQZ, NQZ əksəriyyəti öz potensialını heç 10-15 faiz istifadə edə bilmirlər və bu müəssisələrin yenidən qurulması üçün milyardlar lazımdır. Milyardlarda sadə sahibkarlarda yoxdur. Bank sektoru yüksək faizlə kredit verirlər və kiçik sahibkarlığa olan dəstək təbii ki var. Bunu yüksək qiymətləndirmək lazımdır. Ancaq kifayət qədər deyil. Yəni real sahibkarlığa o qədər dəstək yoxdur. Çünki real sahibkar bazarın kanikturasına uyğun olaraq hərəkət edir. Ancaq böyük holdinqlərə sahib olan insanlar təbii ki, onun işlətməsində özləri bir başa iştirak etmir. Müxtəlif menecerlərdə öz şəxsi maraqlarını güdürlər. Bu mənada Azərbaycanda unikal vəziyyət son zamanlar yaranmaqda davam edir. Daha böyük sərmayənin gəlməsi üçün ölkədə azad məhkəmələr qurulmalıdır, sahibkarlıq liberallaşdırılmalıdır, bazar iqtisadiyyatı oturuşdurulmalıdır və bankların vəsaitinə əlçatanlıq təmin olunmalıdır.


Məmursansa sən gedib məmurluqla məşğul olmalısan, icra orqanında təmsil olunub maaşını alıb dolanmalısan. Yox bizneslə məşğul olmaq istəyirsənsə o zaman istefa verib gedib məşğul olmalısan. Milli Məclisdə 17 ildir bizneslə Rəqabət Məcəlləsi qəbul olunmur. 10 il öncə plenar iclasa çıxarıldı. İki oxunuşda qəbul olundu 3-cü oxunuşa çıxartmadılar. Bunu da kimlər qoymur məlumdur. Prezident inhisarçılıqla Rəqabət Məcəlləsini 2019-2020 ci il üçün saldı strateji yol xəritəsinə. Bu il yəqin olmasada gələn il o məcəllə qəbul olunacaq. İkinci ən ciddi məsələ gəlir dekorasiyasında qanun qəbul edilib. Prezident nazirlər kabinetinə göstəriş verib ki, normativ sənədi hazırlayın. Yəni necə doldurulmalı, nələr orda əks olunmalıdır və s. O, da təxminən bir 10 ilə yaxındır ki, o normativ sənəd hazırlanmır və heç bir məmur gəlir dekorasiyası vermir. Sabah o, gəlir dekorasiyası verəndə deyiləcək ki, hardan almısan bu vəsaiti, hardan biznesə vəsait qoymusan, nəyin hesabına qurmusan. Çünki məmurların əksəriyyəti dövlət büdcəsi hesabına qurub məşğul olublar. Yoxsa kənardan gedib kimsə bizneslə məşğul olmayıblar. Yəni gəlir dekorasiyası mütləq həll olmalıdır.


İndi tutalım bunlar qazanıblar, 28 il müstəqil dövründə müəyyən hakimiyyətlər olub, qarmaqarışıqlıqlar olub, özəlləşdirmədə ciddi proseslər olub, əyrintilər olub və s. müəyyən vəsaitlər əldə ediblər. Gəlin maliyyə amnissiyası aparaq, qanun qəbul edək, həmin insanlar həmin vəsaiti gətirsinlər ölkədə investisiya qoysunlar, tikinti işləri aparsınlar və s. yalnız qanunda göstərilsin ki həmin vəsait terrorizmdə, narkobiznesdə və digər belə sahələrdə istifadə oluna bilməz. Yəni inhisarçılıq çox ciddi məsələdir. Kim desəki Azərbaycanda inhisarçılıq yoxdur o düz demir. Yüzlərlə müraciətlər daxil olur sahibkarlardan inhisarçılıqla bağlı. Bazara girmək mümkün deyil. Adi bir misal deyək: Bu dəqiqə çox yerdə topdan satış bazaları var. O topdan satış bazası öz özünə əmələ gəlməyib. Hər topdan satış bazasının məmuru var, oliqarx başında dayanıb. Misal üçün sahibkara deyir "sən get ordan pomidoru, xiyarı və s. al gətir". O, gedib birbaşa kənddən alıb gətirib bazara çıxarda bilməz. Arada olan bu halqa ki var bu halqalar qırılmasa mümkün deyil. Yəni kəndli, fermer məhsulunu gətirib birbaşa bazara çıxarsa əlbəttə qiymətdə aşağı düşəcək. Bu zaman heç bir inhisarçılıqdan söhbət getməyəcək.


2020-ci ildə ölkədə ÜDM-in real artımı 3,0% olmaqla, 83,3 milyard manat, o cümlədən, qeyri-neft sektoru üzrə 3,8% olmaqla, 54,6 milyard manat təşkil edəcək. Ümumiyyətlə, 2023-cü ilədək ÜDM-nin tərkibində qeyri-neft sektorunun payı 66,8%-ə çatacaq. Gələn il dövlət büdcəsi mədaxilində qeyri-neft gəlirləri isə 10 milyard 536,5 milyon manat təşkil etməklə, payı 43%-ə bərabər olacaq. Qeyri-neft sektorunu durmadan inkişaf etdirmək, onun ÜDM istehsalında və hər il dövlət büdcəmizin gəlirlərində payını artırmaq ölkədə həyata keçirilən ümumi iqtisadi siyasətin əsas prioritetlərdən birini təşkil etməklə, daimi xarakter daşıyır. Lakin istənilən effekti əldə etmək və hədəfə tez çatmaq üçün bir sıra çağırışlara əməl etmək gərəkir. Yaxud da İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözləri ilə desəm, sabit və dayanıqlı iqtisadi artımı təmin etmək üçün yeni inkişaf drayverlərini işə salmaq tələb olunur. Qeyri-neft sektorunun daha sürətli inkişafı üçün biznes fəaliyyəti, təşəbbüskarlıq, bazar amilləri şəraiti qarşılıqlı əlaqədə olmalı və bundan örü geniş imkanlar açılmalıdır. Bizdə isə ortada inhisarçılıq, rəqabətin, həmçinin, savadlı sahibkarların olmaması kimi nüanslar var. Hansı ki, sadalananlardan əvvəlki ikisi, yəni inhisarçılıqla rəqabət amilləri biri-biri ilə daha çox sıx və əlaqəli amillər, məsələlərdir.


Prezident də bu yaxınlardakı çıxışlarından birində qeyd etdi ki, Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. “Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq”, - deyə dövlət başçısı bildirdi və yaxud Prezident İlham Əliyevdən başqa bir sitat: “Eyni zamanda, haqsız rəqabət, bu da bizim üçün böyük problem yaradır”. Bəli, inhisarçılıqla rəqabət biri-biri ilə əlaqədar amillər və məsələlər sayılır. Belə ki, inhisarçılıq olan yerdə rəqabət olmur, rəqabət olmayan yerdə isə normal bazar iqtisadiyyatı sistemi fəaliyyət göstərmir, qiymətlər düzgün tənzimlənmir. Sonuncu ilə bağlı qeyd edim ki, lap dövlət nə qədər güclü iqtisadi rıçaqlara və nəzarət imkanlarına malik olursa-olsun, bu mümkün deyil. Çünki dövlət hər dəfə inzibati metodlarla müdaxilə edib qiymət müəyyən edə bilməz. Yalnız rəqabət olduğu şəraitdə qiymətlər öz yerini tapır.


Sual yaranır ki, bizdə bu sahədə vəziyyət normaldırmı?


Təəssüf ki, yox. Bizdə bəzi sahələrdə sahibkarlar inhisarçı mövqeyə sahibdir. Odur ki, bununla mübarizə aparmaq asan başa gəlmir və gəlməyəcək də. Niyə? Əvvəla, məsələ bundadır ki, Azərbaycan kiçik ölkə olduğuna görə bu bazarda inhisarçı olmaq asandır. Başqa sözlə desəm, bizdə inhisarçılığa qarşı mübarizə aparmaq, məsələn, Rusiyadan qat-qat çətindir. Odur ki, bu sahədə dövlətimizin və hökumətin üzərinə böyük yük düşür. Ümumiyyətlə, xırda bazarı olan ölkələrdə rəqabət imkanları məhdud çərçivədədir. Çünki xırda bazarlarda inhisarçılığa meyil genişdir. Bazar böyük olduqda isə hansısa biznes strukturunun üstün mövqeyə sahib olması çətinləşir. Böyük bazarlarda yalnız dövlət tərəfindən dəstək olduqda bu və ya digər sahibkarlıq strukturu inhisarçı mövqeyə sahib ola bilir. Sözüm bunda deyil. İkincisi, rəqabət mühitinin dar çərçivədə olması keçmiş sovet respublikalarının hamısına aiddir. Bizim kimi kiçik ölkələrdə iqtisadiyyatın bütün sahələrində azad rəqabət problemi mövcuddur. Çünki təkrar edirəm: xırda bazarda həm idxalçının, həm də yerli istehsalçının monopolistə çevrilməsi çox asan başa gəlir.


Bəs nə etməli?


Elə edilməlidir ki, ixrac-idxal əməliyyatlarında, o cümlədən, istehsalatda heç kəs 30%-dən artıq paya sahib olmasın. Və bu zaman nəzərə almaq lazımdır ki, bazarın miqyası məsələnin obyektiv tərəfidir. Rəqabət amilinə mane olan, əslində, iki əsas cəhət vardır ki, bunlardan biri inhisarçılıqdırsa, digəri biznes strukturuna məmur himayəçiliyidir. Bəli, bu iki cəhət olan yerdə rəqabət hər yerdə zəifdir. Azərbaycanda isə bir sıra sahələrdə rəqabətin olmamasında məhz bu iki amilin də rolu var. Odur ki, çıxış yolu nədir, deyim: qanunvericiliyi sərtləşdirmək yolu ilə inzibati metodlardan istifadə etməklə, kiçik və orta sahibkarlara əlverişli mühit yaratmaq, iri sahibkarlara daha çox vergi tətbiq edərək, kiçik və orta sahibkarları bir sıra vergilərdən azad etmək, Rəqabət Məcəlləsini qəbul etmək və sair. Düzdür, dövlət tərəfindən antiinhisar siyasəti, inhisarçılığa qarşı tədbirlər həyata keçirilir. Məsələn, süni qiymət artımının qarşısını almaq ilə bağlı müvafiq tədbirlər görülür, idxalda və istehsalda 30%-dən artıq paya sahib sahibkarlıq strukturlarına qarşı həmişə sərt mövqe nümayiş etdirilir. Amma bunlarla tam effektiv nəticə əldə etmək çətindir.


Təkrar edirəm ki, qanunvericilik sərtləşdirilməlidir. Mükəmməl şəkildə işlənib hazırlanan Rəqabət Məcəlləsi qəbul edilməli və fəaliyyət göstərməlidir. Qanun layihəsi elə hazırlanmalıdır ki, o, işlək olsun, gözlənilən nəticələri versin. Sözüm bunda da deyil. Bayaq da qeyd etdiyim kimi, rəqabət olan yerdə süni qiymət artımı olmur, qiymətləri bazar tənzimləyir, keyfiyyət amili ön sıraya çıxır, qiyməti keyfiyyət amili ilə müəyyən olunur və sair. Bu isə yuxarıda qeyd etdiyim, sağlam biznes fəaliyyəti, təşəbbüskarlıq, həmçinin, savadlı sahibkarlar sinfinin bir tandemdə təzahür edərək, mövcud olaraq fəailiyyət göstərməsini tələb edir ki, görünür, bizdə məhz sözügedən fon hələ tam təşəkkül tapmadığı üçün də bəzi tədbirlərin həyata keçirilməsi və addımların atılması gecikir. Lakin hər halda ölkədə başlanılan islahatların davamı olaraq iqtisadiyyatda rəqabət qabiliyyətinin də formalaşaraq təşəkkül tapacağı şəksizdir. Çünki bu yeni yaranmış problem deyil, əvvəllər də mövcud idi. Odur ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dərinləşdikcə, əlverişli rəqabət mühiti də istər-istəməz yaranmalı olacaq. Bir çox faktorlar iqtisadi fəaliyyətin artımından xəbər verə bilər. O zaman ki, hökumət bu ciddi addımları atsın və məmur sahibkarlığın ləğv etsin, inhisarçılıq ləğv olunsun.


O zaman Azərbaycanın iqtisadi reytinqidə yüksələcək, təbii ki ölkədə mal bolluğu yaranacaq. Təəssüf ki, pambıq ipliyilə bağlı Mingəçevirdə tekstil kombinantı tikilib, böyük sərmayə yatırılıb. Ancaq o, cəmi illik 20 min ton məhsul istehsal edir. Ancaq xam maddə olaraq pambıq yığımı 200 min tondan yuxarıdır. Biz bunun xam maddə olaraq 80 faiz ən azı ixrac edirik. O cümlədən neft məhsulları ilə bağlı. Bu baxımdan ayrı-ayrı klasterlər (sektorlar) üzrə addımlar atılır. Ancaq böyük sahibkarlığın buna dəstək verməsi üçün sahibkarlığın özünə dəstək vermək lazımdır. Son illər 2011-dən başlanmış bu addımlar azacıqda olaraq işartılar verir. Dövlət üzünü sahibkarlığa çevirir, siyasi baxımdan bəyanatlar verilir. Ancaq real olaraq real sektorda sahibkarlığın problemləri hələdə həll olunmur. Problemlərin kökündən həll olunması üçün məmur sahibkarlığı ləğv olunmalıdır. Yəni dövlət resurslarıilə özəl sektoru idarə etmək, ayağa qaldırmaq mümkün deyil və idxal, ixrac əməliyyatalarının strukturuna bir baxdıqda görürük 90 faiz yuxarı bizim idxal etdiyimiz məhsulların əksəriyyəti qonşu ölkələrdə hazırlanıb. İxracımızda isə 90 faiz yuxarısı elə neft və neft məhsulları, neft qaz məhsulları təşkil edir.


Bu baxımdan hesab edirəm ilk növbədə ölkənin təlabatını təmin etmək lazımdır. Rəqabətli mühit yaratmaq lazımdır. Rəqabətli mühit olduqda keyfiyyət qalxacaq. Bununda yolu Ümum Dünya Ticarət Təşkilatına daxil olmamızdan keçir. Gömrükün gömrük orqanı olaraq, mərkəzi icra hakimiyyəti orqanı olaraq ləğv olunmasından keçir və gömrük prosedurlarının normal həyata keçirilməsi üçün gömrük orqanlarının vergilər nazirliyinə birləşdirilməsinin artıq zamanıdır və çoxdan yetişib. Ölkədən gündəlik istehlak məhsullarının gəlişilə bağlı ildə 9 milyard dollara yaxın ölkədə ümum daxil məhsul son illərdə artmaqda davam etsədə, əlavə dəyər vergisinin həcmi ölkə daxilində istehsal olunan məhsulun azalır. Ancaq gömrük orqanlarının topladığı əlavə dəyər vergisi artır. Yəni bizim iqtisadiyyatda gömrük siyasəti daha çox xarici ölkələrin istehsalına xidmət edir. Bunu kökündən dəyişmək üçün hökumət iqtisadi fəaliyyəti ölkə daxilində stimullaşdırmalıdır. Stimullaşdırmanın da yolu inhisarçılıq, məmur sahibkarlığının ləğvi, hamının eyni hüquq və vəzifə daşımasından keçir. Biri vergisin tam ödəyir, biri öz vəzifəsindən suistifadə edərək müxtəlif problemlər yaradır. Bir məmur zavod tikir digər kiçik zavodları sıradan çıxarır.


Çünki dünyada brend malları istehsal edən şirkətlər var və onların bazarın tutmaq qeyri mümkündür. Vətəndaş da daha rəqabətli qiymətlə daha keyfiyyərli mal almağa üstünlük verir. O baxımdan biz çalışmamalıyıq hansısa bir məhsulun (dünyada tanınmış) istehsalı ilə məşğul olaq. Çünki orda rəqabət apara bilməyəcəyik. Biz çalışaq ki, Azərbaycanda hansı sahələrdə, hansı sektorlar üzrə məhsul istehsalına, məhsul emalına üstünlük versək biz burda, həm öz bazarımızı təmin edərik, həm də xaricə satmaq effektivliyi olar. Hesab edirəm ki, qida sənayesində, müxtəlif aqrar sənayedə, kənd təsərrüfatı məhsullarının istehsalında bu addımları atmaq olar. Yəni, bunu təşviq etmək perspektivi mümkündür. Çünki bildiyimiz kimi təbii qida məhsullarına son zamanlar daha çox üstünlük verilir və Azərbaycanda da iqlim şəraiti buna imkan verir ki həyata keçirilsin. Ancaq çox təəssüf ki, bölgələrdə vətəndaşlar müxtəlif problemlər üzündən böyük şəhərlərə toplanır. Orqanizasiya çox ciddi problem yaradır.


Bu baxımdan camaatın geri təşviq olunması, öz həyətyanı torpaq sahələrin və pay torpaqların becərilməsilə bağlı doğru iş aparılmalıdır. Məcburən böyük sahələr yaratmaq lazım deyil. Böyük sahibkarlıq sonradan özü problemə düşə bilər. Bazar çox dinamikdir. Bazarda deyək ki, böyük holdinqlər tərpənənə qədər o bürokratik aparır, kiçik sahibkarlar bunu həll edə bilər. Kiçik orta sahibkarlıq hesabına biz özümüzün gündəlik istehlak mallarımızı, qida məhsullarımızı təmin edə bilərik. Bunun üçün ən əsas dövlət gərək regionlara fikir versin. Regionlarda da əsas iqtisadi inkişaf heç də müxtəlif tikinti-quruculuq adı ilə rayon mərkəzlərinin bəzədilməsindən keçmir. Bu normal sahibkarlara, həqiqi fermerlərə vəsaitin verilməsindən keçir. Hesab edirəm ki, dövlət hesabına müxtəlif şirkətlər, MMC-lər yaradaraq KTN-in misal üçün "ATT" şirkəti yaradaraq məlum olur ki, bunlar 5 manatlıq soğanın kisəsin 35 manata rəsmiləşdirirlər və yaxud şossesin üzərində çadır quraraq yarmarka təşkil edirlər. Bunlar ucuz piar kompaniyalarıdır. Bu doğru yanaşma deyil. Kənd təsərrüfatının inkişafı hər bir kəndlinin, fermerin normal ucuz resurslara çıxmasından, onun məhsulunun sığortasından, onun maddi texniki bazaya çıxışından keçir.


Çox təəssü fki müxtəlif aqrolizinq yaradıldı və dövlət büdcəsinin vəsaiti hesabına müxtəlif maliyyə mexanizmlərilə çox böyük vəsaitlər mənimsənildi. Traktorun qiyməti 8 min-dirsə onu 35 minə rəsmiləşdirib iqtisadi inkişafa nail olmaq olmaz. Yəni, ara olan şirkətlər burdan qazanırlar. Başqa bir sıra dövlət şirkətləri müxtəlif əsas iqtisadi gücünə, potensialına malik satınalmalarına baxdıqda görünür ki, 2-ci 3-cü şirkətlər vasitəsilə xarici ölkələrdə Çində və digər ölkələrdə istehsal olunmuş məhsulları (keyfiyyətsiz) tenderlərdən keçirirlər və bu ölkənin iqtisadiyyatına ziyan vurur. Həm valyuta çıxır, həm də yerli məhsul istehsal etmək rentabelli olmur. Prezidentin sərəncamı və nazirlər kabinetinin qərarı ki, yerli tenderlərdə yerli istehsal edilmiş mallar 20% (əgər) baha olmuş olsada onun alınmasının məcburi şərt qoyulması unikal bir addımdır və müsbətdir. Bu gün vergi yükünün mövcudluğundan, səviyyəsindən, vergi inzibatçılığı mədəniyyətindən asılı olaraq istər bir sıra yerli, istər xarici investorlar yeni biznesi başlamaq, yoxsa başlamamaq, hansı ölkədə başlamaq, hansı həcmdə sərmayə yatırmaq kimi suallara cavab və müvafiq qərarlar verir. Statistik rəqəmlərə nəzər salanda aydın olur ki, son 16 ildə Azərbaycan iqtisadiyyatına yatırılan 263 milyard dollarlıq investisiyanın 50 faizi xarici sərmayəçilərin payına düşür.


Deməli, Azərbaycan ən etibarlı sistemlər sırasına daxildir. Təkcə bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 22.5 faiz artıb. Ümumiyyətlə ölkənin xarici ticarət dövriyyəsi artıb. Bunu 13.2 milyard dollar dəyərində qiymətləndirmək olar.T əkcə Azərbaycanda indiyə qədər 700 (ə) yaxın Rusiya kapitallı şirkətlər fəaliyyət göstərir. Yəni burada xarici investorlar üçün əlverişli biznes mühiti yaradılıb.Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 38,1 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,5% artıb.Sənaye məhsulunun 70,3%-i mədənçıxarma sektorunda, 24,9%-i emal sektorunda, 4,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 3,3% azalıb, əmtəəlik qaz hasilatı isə 27,8%, emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,3%, hazır metal məmulatlarının istehsalı 83,%, tütün məmulatlarının istehsalı 67,6%, içkilərin istehsalı 39,5%, kompüter, elektron və optik məhsulların istehsalı 37,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 37,0% artıb.


Maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,4%, mebel istehsalı 29,5%, kimya sənayesi məhsullarının istehsalı 26,5%, kağız və karton istehsalı 24,6%, poliqrafiya məhsullarının istehsalı 23,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,7%, əczaçılıq məhsullarının istehsalı 20,8%, qida məhsullarının istehsalı 13,9%, geyim istehsalı 12,0%, elektrik avadanlıqlarının istehsalı 6,8%, maşın və avadanlıqların istehsalı 4,5%, tikinti materiallarının istehsalı 3,8% artıb. Neft məhsullarının istehsalı 4,8%, sair nəqliyyat vasitələrinin istehsalı 10,8%, metallurgiya sənayesi məhsullarının istehsalı 12,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 26,2%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7% azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,4% artıb.Ümumilikdə 2018-2019-cu illər ərzində banklar tərəfindən verilmiş 14,5 milyard kreditin təqribən 8,5 milyard manatı biznes sektoruna, 6 milyard manatı isə istehlak kreditlərinin payına düşür.


İstehlak və biznes kreditləri arasındakı fərqli dinamika haqqında obyektiv fikirlər deməliyik. 2019-cu ilin 9 ayı ərzində 3,1 milyard manat istehlak bazarına, 3,9 milyard manat isə biznesə kredit verilib. Belə ki, hər ay biznes sektoruna 423 mln manat kredit verilir, 349 mln manat isə istehlak kreditləri təşkil edir. Hazırda 8,5 milyard manat olan biznes kreditlərinin 3,5 milyard manatı kiçik və orta biznes sektoruna verilir. Bu il verilən kreditlərin 61 faizi təqribən 1 milyon manatdan yuxarıdır. Bu isə ona dəlalət edir ki, həmçinin təhlillər göstərir ki, kiçik və orta biznes subyektlərinin şəffaflığında problem var. 2017-ci ildə Azərbaycan dünya bankının nüfuzlu "Doing Business"hesabatında 65-ci pillədə qərarlaşmışdı. Bir il sonrakı hesabatda 8 pillə yüksələrək 57-ci yerə qalxdı. Bu hesabatda 190 ölkənin biznes mühiti qiymətləndirilmişdir. Əhəmiyyətli idi ki, həmin hesabatda Azərbaycan Avropa və mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi təqdim edilib. Bir il sonra "Doing Business 2019"hesabatında isə ölkəmiz 190 dövlət arasında 25-ci yeri tutub .Azərbaycana yatırılan xarici investisiyanın həcminə görə Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İran və Çexiya sərmayədarları fərqlənir. Azərbaycanın isə ən çox sərmayə qoyduğu ölkələr arasında Türkiyə, Gürcüstan, İsveçrə, Rusiya, Böyük Britaniya kimi ölkələr qərarlaşıb. İnvestisiya yatırmaq üçün ən yaxşı ölkələr: 1) Malayziya 2) Polşa 3) Filippin 18) ABŞ 24) Çin 43) Azərbaycan.


Xarici investisiyaların ölkəyə cəlb olunması dedikdə ilk növbədə prioriteti texnologiyaların idxalında, eyni zamanda investisiya axınlarının məhz birbaşa yüksək texnoloji real sektora istiqamətlənməsində görməliyik. Hansı sahələr investorlara maraqlı ola bilər deyə baxsaq məhz Azərbaycanda ciddi sürətdə sənayeləşmə getdiyindən və sənaye potensialının olduğundan Azərbaycanda neft həm qeyri-neft sənayesinə xarici investorların böyük maraqı ola bilər. Çünki ölkənin məhz resurs bazasında olmağı, eyni zamanda yerləşdiyi coğrafi ərazi bu ərazi də xarici investorlar üçün istehsal obyektləri yaratmasına imkan verə bilər.İkinci mühüm istiqamət kimi düşünürəm ki, Azərbaycanda turizm xidmətlərin kifayət qədər inkişaf etdirməsi resursunun olması investorlar üçün Azərbaycanın turizm sektoruna daha çox investisiya yatırmasına maraq doğura bilər. Üçüncü istiqamət kimi Azərbaycanda nəzərə alsaq kənd təsərüfatı intensiv inkişaf və çox mühim xarakter olmağa başlayıb. Ölkənin iqlim şəraiti, su və torpaq resurslarının olması investorlara xüsusilə xarici investorlara Azərbaycanda kənd təsərüfatı sahəsində də investisiya qoymağa,bununla yanaşı emal sənayesinin inkişafınada mühüm töfhə verməyə hazır olmaqlarına imkan yarada bilər.


Dördüncü mühim istiqamət kimi bildiyiniz kimi bu gün xarici investorların ən çox investisiya qoyduğu sahələrdən biri də informasiya kommunikasiya texnologiyalarıdır. Düşünürəm ki, Azərbaycanda bu gün informasiya kommunikasiya texnologiyalarının daha sürətli və daha intensiv inkişafı üçün xarici investorun cəlb olunmasına ehtiyac yaranır. Bu gün xarici investorlarda Azərbaycanın bu sahəsinə xüsusi investisiya qoymağa hazır kimi görünürlər. Keçənlərdə dostum G.Ülvilə həmsöhbətimiz zamanı yaxşı bir söz dedi: Burda yada düşür 80 illik Süleyman Rüstəm ömründən 30 illik Mikayıl Müşfiq ömrü daha şərəflidir. Tar alətini köhnəliyin qalığı kimi ləğv etmək istəyənlərdən biri;


Süleyman Rüstəm:


Oxuma tar, oxuma tar,


Səni sevmir proletar.


Mikayıl Müşfiq cavabı:


Oxu tar,oxu tar,


Səni kim unudar?


Metaforik olaraq deyilir ki,“hətta Norveçdə belə, qaranlıq qışın ardınca günəşli yay gəlir. Qaranlıq həmişəlik deyil. İnanıram ki, bir gün işıq saçacaq”.


Səbuhi Rustamov
Biznes idarəçi, biznes yazar.