Dünyada internetin inkişaf templərinə fikir verdiyimiz zaman biz görürük ki, artımın 70% məhz mobil internetin hesabına həyata keçir. Bügün Azərbaycandada biz bu tendensiyanı qisməndə olsa hiss edirik. Təbii ki, mobil internetin inkişafını saxlayan birinci faktor mobil operatorlarımızın apardığı “dəhşətli” qiymət siyasətidir. Azərbaycanda mobil rabitə qiymətləri çox bahadır və operatorlar “yuxarıda” görüşərək əslində vahid qiymət siyasəti aparırlar.
Qlobal şirkətlərin bir çoxu kütləvi şəkildə mobil internet qiymətlərini aşağı salırlar. Bunun əsas məqsədi inkişaf edən bazarda maksimum çox bazar payı əldə etmək və gəlir gəlmə mənbələrini başqa qaynaqlardan almaqdır.
Bügün mobil internetin adi internet istifadəsindən fərqləndirən əsas cəhət əlbətdəki mobillikdir. Fikrimi izah etməyə çalışım. Düşünün ki, Siz gün ərzində müxtəlif görüşlərdə, müxtəlif yerlərdə olursunuz və internetdə olmağınız üçün mütləq kompyuter başında oturmalısınız, bir növ kompyuterdən asılı vəziyyətdəsiniz. Mobil internet bu cəhətdən əvəzsizdir. Siz olduğunuz yerdən asılı olmayaraq daim “xəttəsiniz”, lazım olan informasiyanı son dərəcə asand şəkildə dünyanın istənilən nöqtəsinə çatıdıra bilirsiniz. Deyə bilərsiniz ki, “yaxşı bunlar çox gözəl, bəs mobil internetin biznesə təsiri necə olacaq?!”. Əslində mənim yazım elə bu haqdadır, mobil internetin biznesə təsirini barədə daha ətraflı danışaq.
Bügün mobil internet insanların məlumat alma prosesini tam dəyişə bilər. Məsələn bir çoxunuz Foursquare portalı ilə tanışsınız. Bu proqramın tətbiqi ilə biz dostlarımızın harda olduğunu və ən əsası yerləşdiyimiz yerin yanında bizim maraqlarımızı uyğun nəyin yerləşdiyini təyin edə bilirik. Əslində bu mobil internetin məlumat ötürmə prosesinin yeni eranın başlamasından xəbər verir. Mobil internet bizə lazım olan məlumatı, bizim üçün ən sadə və asand formada çatdırmaq imkanına malikdir. Bu icazəli reklam konsepsiyanın inkişafından xəbər verir. Düşünün, Sis H.Cavid pr. gəzirsiz və dostlarınızın çox yaxında olan bir kafedə çay içtiyini görürsünüz (telefonda) və həttə dostlarınızla birlikdə əylənmək üçün Sizə yerlər təklif edilir. Bundan sonra kimə lazımdır TV-ə reklamı?!
Televiziya reklamı demişkən, mobil internet bu sektordan olan prosesləridə tam dəyişəcəyindən siqnallar verir. Artıq bir çox verilişlər yalnız onlayn şəkildə fəaliyyət göstərir. Məsələn düşünün ki, Siz National Geographic-ə mobil telefondan baxırsınız və altdan “buraya getmək istərdinizmi” sualı çıxır?! Siz suallın üzərinə basırsınız… və konkret təkliflə qarşılaşırsınız “Nizami küçəsində yerləşən ofisimizə yaxınlaşın Sizə turistik turlarımızı təklif edək”.
Bir sözlə dostlar, mobil internet biznesə əvəzsiz tartetinq imkanları təklif edir: corafi, cinsi, iqtisadi, maraqlara görə və s. Sizə yalnız lazım olan informasiyanı vermək imkanı yaranır və reklam büdcələrinin effekti ən azı 10 dəfə artır!!! Tarqetinq reklam büdcəsinin havaya atılması ehtimalını demək olar ki, yox edir. Siz informasiyanı müştəriyə “snayperlə atırsınız”.
Mobil internetin biznesin vacib dəyərlərindən biridə məhz araşdırmalardır. Bügün Google-ə hansı məhsulu nə ilə yaraşdığı, dünyada biz marketoloqlar üçün “xəyal” kimi görünən yeni seqmentlər barədə məlumatlar var. Mobil seqmentasiya erası tezliklə başlayacaq və biz çoxsaylı bu haqda ədəbiyyatlar görəcəyik. Məsələn bügün adi bizim bildiyimiz sosial-iqtisadi, davranışa görə və s. seqmentasiya növləri tezliklə onlayn seqmentasiya prinsipləri ilə əvəz ediləcək. Mobil internetdə axtarış vərdişləri təhlil ediləcək və biz başa düşəcəyik hansı axtarış olduğu zaman biz öz məhsulumuz (kateqoriyamız) haqqında məlumat verə bilərik.
Digər bir məsələ alış prosesinin mobil internetlə daha rahat keçəcəyidir. Bügün mobil telefonlar kredit kartlarının alınması və bu kartın telefon nömrəsinə bağlanması barədə qlobal səviyyədə söhbətlər gedir. Bu nə deməkdir?! Siz mobil internetdə hansısa verilişə baxırsınız, verilişin kontekstinə uyğun kommersiya təklifi gəlir və bir düymə ilə Siz ödəniş edərək məhsula sahib olursunuz, hətta kreditlə!!! Mənim dediklərim mobil biznesin bir neçə yeni imkanları barədə edi, tezliklə həyatımız mobilləşəcək
Xəyaldır – gerçəkdir!
Müəllifin bloqu:
www.ilkinmanafov.com