Böyük uğurlara çatmaq üçün olmazsa-olmaz şərtlərdən biri də qətiyyətli ola bilmekdir. Heç bir böyük nəaliyyət bir neçə cəhdlə əldə edilmir. Zirvələri fəth etmək istəyən hər kəs öncədən dəfələrlə uğursuzluğa düçar olacağına, səhflər edəcəyinə, gülüş obyektinə çevrilə biləcəyinə razı olmalı və yoluna davam edərkən də bunların vəya qarşılaşacağı bənzər əngəlləyicilərin onu yolundan döndərməsinə icazə verməməlidir.


Qətiyyət də, məhz budur. Nə olursa olsun, kim nə deyirsə desin, fərqi yoxdu neçə dəfələrlə məyus olsun bunlara üzülməməli və bütün bu olanların onun qətiyyətini test edən bir imtahan kimi baxmalı və ümidini itirdikdə, tək, gücsüz qaldıqda, heç kimin və heç nəyin gəlib onu içində olduğu bu haldan qurtaracağını gözləməyib, vaxt itirmədən ən böyük köməkçi olan Allahdan yardım diləyib yenidən və çılqınca irəli atılan , var gücü ilə çalışanlar olacaqlar adlarını tarixə yazdıranlar və gələcəyə yön verənlər.


Aşılması imkansız kimi görünən maneələrlə üzləşən və bütün çətinliklərərə və deyilənlərə baxmyaraq mən edə bilərəm deyib bu sözünü reallaşdırmaq üçün qətiyyət göstərib istədiyini əldə edən hər kəs çətin vəziyyətlərdə qətiyyət göstərib məşəqqətli günləri keçdikdən sonar uğurun verdiyi o möhtəşəm enerjini təkrar yaşamaq, yenidən özünü sübut eləmək, limitlərinin o tayına keçmək üçün yeni və imkansız sanılanları tapıb onlarla üzləşməyi və etdiyi xariquladə və inanılması çətin seçimləri və icraatları ilə istədiyini əldə edir.


Bu şəxslər insanın nələrə qadir olduğunu, istədikdən, planlı və disiplinli şəkildə çalışdıqdan sonra əldə edəcəklərimizin nələr ola biləcəyinə dair inanclarımızı yenidən gözdən keçirməyə və limitlərimizi bir addim daha irəliyə çizməmizə səbəb olublar və olurlar.


Demək olar ki. Hər kəs uğurlu olmaq həyatını arzuladığı kimi yaşamaq istəyir. Lakın lazım olan qətiyyəti göstərənlərin sayı yox deyiləcək qədər azdır. İstədyimiz hər şeyə saniyələr içində çata bilməyi arzulayırıq lakın tələb olunanları etmək lazım gəldikdə isə saysız bəhanələrlə başımızı quma soxuruq.


Həyatda aldıgımız hər şey üçün ödəniş etdiyimiz kimi, xəyallarımızın da qiymətini ödəməliyik ki əldə edə bilək. əks təqdirdə qismətim belə imiş deyib elədə yaşamağa davam etmək məcburiyyətində qalacağıq. Qarşılaşdığımız heç bir problem bizimlə həmişəlik qalmaq üçün gəlməyib onunda bir son istifadə tarixi var. Buna görə də bəzən əlimizdən bir şey gəlmədiyini hiss etdiyimizdə ruhdan düşüb vazkeçməməli sadəcə olaraq zamana buraxmalı və səbirlə gözləməliyik.


Çətinliklərin ard-arda gəldiyi anlarda olur bəzən. Bu çətinliklərlə savaşarkən aldığımız zərbələr özümüzə olan inamımızı güvənimizi zədələyir. Bu ardıcıl gələn zərbələr bizə artıq nə ediriksə edək heç bir şeyin dəyişməyəcəyinə, bacarıqsız olduğumuza inanıb bunu qəbul etməyimizə səbəb olur. Özümüz haqqında inanaraq qəbul etdiyimiz hər fikir öz-özünü reallaşdırır və bizim bir parçamız halına gəlir.


Əlimizdən heç bir şey gəlmədiyini hiss etdiyimizdə, buna inandığımızda, bu halla razılaşdığımızda, hər şeyin bizi əngəlləyirmiş kimi göründüyü anlarda ehtiyyatlı və qətiyyətli olmalıyıq. Nəyə görə ehtiyyatlı, Çünki bu cür bir ruh halında olan insan özü haqqında hər-hansı zəiflədici bir inancı mənimsəməyə daha çox meyilli bir halda olur. Qətiyyətli də ona görə ki, heç bir şey edə bilmirəm, mənlik deyil kimi fikirlərin zehnimizə hücum edib həmişəlik yer etmək və ömür boyu bizi əngəlləməsinə icazə verməyib, bu mənim istedadım, potensialımla bağlı bir fakt deyil əksinə olanlar sadəcə olaraq seçdiyim yolun yanlış olduğunun bir göstəricisidir deyib ən uyğun yolu tapmaq üçün yeni metodlar axtarmağa başlamaq lazımdır.


Qətiyyətli olmaq hədəfdə dəyişməz olmaq deməkdir. Yoxsa hədəfə çatmaq üçün bir yol seçib işə yarasada yaramasada israrla o yolda davam etmək deyildir.


Qətiyyət ən faydalı olanı tapana qədər saysız cəhdlər etmək və ən faydalı olanı tapana qədər vazkeçməməkdir.