"Forbes" jurnalının apardığı araşdırmalara əsasən 2012-ci ilin ən uğurlu reklam kampaniyası Procter&Gamble şirkətinin (bundan sonra P&G) 2012-ci il London Yay Olimpiya oyunları üçün hazırladığı reklam çarxı seçilmişdir. 175 illik tarixi olan P&G şirkəti haqqında qısaca onu deyə bilərəm ki, dünyanın 180-dən artıq ölkəsində 80-ə yaxın brendlə 4.6 milyard əhali üçün çalışan məncə yeganə şirkətdir. Müştəri psixologiyasını öyrənmək məqsədilə 400 milyon dollar xərcləyən P&G şirkəti 150-ə yaxın millətdən olan işçi heyəti ilə çalışır. (mənbə www.pg.com)
Məncə bu qədər statistika bəs edir təsəvvür etməyimizə ki, necə şirkətlər dünyada fəaliyyət göstərir. Təbii ki, dünya bazarında çox mühim paya sahib olan belə şirkətdən ancaq belə reklam kampaniyası gözləmək olar: Dünyanın ən çətin peşəsini bilmək üçün reklam çarxına axıra kimi baxın: