Bu İş Tutar bölməsi mənim Bakıda hansı iş-biznes ideyaların olmadığı və olarsa çox uğurlu olacağına inandığım və əmin olduğum iş fikirlərini paylaşdığım bölmədir. Sizinlə ilk iş ideyamı paylaşmaq istərdim. Çoxları fikirləşir ki, Bakıda da artıq demək olar ki,xarici ölkələrdə nə iş fikirləri varsa hamısı tətbiq olunub və yalnız burda olan iş fikirlərini dəyişib, hər hansı bir innovasiya edib bazara girişmək olur. Amma o qədər sadə lakin qazanclı ideyalar var ki, hələ də Bakıda brend kimi formalaşdırıla bilməyib. Bugün bu tipli bir fikri paylaşacam. Beləliklə,başlayaq J
Sizə Bakıda dondurma, şirniyyat, tort desəm anında ya Mado ya Azza, qızardılmış toyuq desəm anında KFC, gözəl bir ətir desəm İdeal, əyləncə desəm Olimpik Star, BƏM və s., Alış-veriş desəm-Park Bulvar, Metropark və s. fikrinizdə canlanar. Bəs yaxşı, sizə mükəmməl bir meyvə suları, tropikal kokteyllər, çiyələkli milkshake–lər desəm beyninizdə hər hansı bir brend canlanır mı?-Şəxsən mən Bakıda SIRF bu istiqamətdə brendləşmiş məkan görməmişəm buna görə də ağlıma heç birşey gəlmədi. Düzdür ayrı-ayrı restoranlarda kokteyllər, meyvə suları verilir, amma söhbət təbii meyvə suları, kokteyl və milkshake-lər üzrə brendləşmiş bir JUİCE BAR-dan gedir. Kim istəməz ki,yayın istisində bu təbii meyvəli ləzzətləri dadmaq,kim istəməzki dəniz kənarında mükəmməl bir stenddən ləzzətli bir meyvə kokteyli almağı? Bu iş fikrinə həqiqətən tələb olub-olmadığını öyrənmək istəyirsinizsə ətrafınızda olan insanlardan 10 nəfərinə "isti yay günü münasib bir qiymətə ləzzətli bir tropikal meyvə kokteyli içmək istiyərsən?" -deyə soruşun:)




Sadəcə bir məkan var o da Metroparkda yerləşən Frutti Fresca-dır ki, mən bu yeri internetdən axtarışla tapdım mövcudluğundan xəbərim belə yox idi. Əminəm ki, çoxlarınız da mən yazandan sonra bu adı ilk dəfə eşitdiniz. Deməli, bazar boşdur, bazarda peşəkar bir brend yoxdur.
Mənim fikrim burada yerli brend yaratmaqdansa,Türkiyənin çox tanınmış JUİCE BAR brendi olan Juice Planet ile franchising anlaşması ilə fikri həyata keçirməkdir. Çünki, adamlar həqiqətən işlərini çox yaxşı bilirlər ki, bunu da canlı olaraq müşahidə etmişəm.




Beləliklə:



İş Fikri--- Əsasən təbii meyvə sularından hazırlanmış kokteyllər, smoothiesmilkshake –lər üzrə brendləşmiş bir Juice Bar.
Uyğun Məkanlar--- Alış-veriş mərkəzləri, işlək küçələr, çimərliklər
Franchise üçün məsləhət gördüyüm brend---JUİCE PLANET
JUİCE PLANET haqqında
JP Qida Rek.Tur. Org.San.Tic.Ltd.Şti. Juice PLANET markası ilə Türkiyə və Avropada "sağlam & təbii qidalanma" sahəsində fəaliyyət göstərən bir Türk firmasıdır. "İstədiyin an təzə" sloganı ilə fəaliyyət göstərən marka, bütün menyusunu anında və təzə olaraq hazırlayıb xidmət edir.
Xüsusilə Smoothie, təzə sıxılmış meyvə kokteyl, diyetist tövsiyyəsi ilə hazırlanan az kalorili və ləzzətli Frozen Yogurt və alternativ bir çox kateqoriya qatqısız təbii məhsullardan hazırlanıb xidmət edilir.
Türkiyədə 30-dan çox Alış Veriş Mərkəzində göstərdiyi müvəffəqiyyətli performans ilə gedərək AVM nöqtələrini artıran JP, Akbank, Yapı Kredi Bank, İş Bankı kimi təşkilati müəssisələrin içində də təbii qidalanma menyusunu müvəffəqiyyətlə tətbiq edir.

Əgər əlinizdə investisiya varsa və ya investor tapacağınıza inanırsınızsa, ən əsası iş fikrini süzgəcdən keçirtdiniz və ağlınıza batdısa vaxt itirmədən (yazın-yayın isti günlərinə çoox az qalıb) bu e-mail (juiceplanet@franchise.com.tr) ilə əlaqə saxlayın və franchising şərtlərini öyrənin.

Bu iş fikri haqqında ətraflı müzakirə üçün hamidaghayev@gmail.com -ilə də əlaqə saxlaya bilərsiniz.