Deloitte-nin hazırladığı "Pərakəndənin Qlobal Gücləri 2013" hesabatı, Türkiyə pərakəndə sektorunun lideri BİM-in uğurunu ictimaiyyətə açıqladı.



Bir şirkətin ümumi bazar dəyərinin, o şirkətin maddi aktivlərin dəyərinə nisbəti olan Tobin-s Q formulasına görə edilən sıralamada BİM, dünya birincisi oldu. Beləcə Apple, Amazon və H&M kimi köklü şirkətlər daxil, dünyanın bütün böyük pərakəndəçilərini geridə buraxan BİM eyni zamanda bu günə qədər bütün inkişaf etməkdə olan ölkələrdə pərakəndə satış arasında bu meyara görə dünyada birinci sırada iştirak edən ilk şirkət olma xüsusiyyətini də əldə etdi.




Ayrıca eyni hesabata görə, 2006-2011-ci illər ərzində illik pərakəndə satış gəlirlərini ortalama 29,8% nisbətində artıraraq, 2011-ci ildə 4 milyard 907 milyon dollarlıq pərakəndə satış gəlirinə çatan BİM, dünyada ən sürətli böyüyən 10-cu pərakəndə satış şirkəti oldu.



Mövzu ilə əlaqədar çıxış edən BİM İcra heyəti üzvü və CFO-su Haluk Dortluoğlu bunları söylədi:


"Deloitte" Pərakəndənin Qlobal Gücləri 2013” hesabatı, BİM-in müvəffəqiyyətini bir daha isbatladı. BİM-in bu müvəffəqiyyətində qaynaqlarını ən təsirli və məhsuldar bir şəkildə istifadə etməsi və sonrasında çıxarılan əlavə dəyər böyük rol oynayır. Məhsuldarlıq mərkəzli iş yanaşmamız bu müvəffəqiyyəti gətirdi.



Məhsuldarlıq mərkəzli iş yanaşması , əlavə xərclər etmək demək deyil. Bu yanaşmanın əsası, israf etmədən lazım olduğunda kifayət qədər investisiya qoymaq, xərc əsasına söykənərək və dərhal hər sektorda və sahədə tətbiq oluna bilər.




Hesabatda işarə edildiyi kimi, "inkişaf etməkdə olan bazarlar" olaraq təsvir edilən Türkiyənin də içində olduğu ölkələr qrupundan ilk dəfə bir şirkət Tobin-s Q sıralamasında dünya səviyyəsində birinciliyi əldə edir.


Həm BİM olaraq həm də ölkəmiz adına, əldə etdiyimiz bu müvəffəqiyyətdən haqlı bir qürur duyuruq."




Pərakəndə Sektorunda istehlakçı davranışları dəyişir.



Hesabatda Avropa Birliyindəki böhran səbəbi ilə ABŞ, Çin, Braziliya və Hindistan kimi ölkələrdə iqtisadiyyatın yavaşladığı, bu vəziyyətin qonşu ölkələrə də təsiri xatırladılır. Bu şərtlərin pərakəndə sektoruna da təsiri vurğulanan hesabatda, qlobal pərakəndə sektorunda istehlakçı davranışının dəyişdiyi ifadə edilir. Hesabata görə, artıq fiziki kanalların yanında rəqəmsal kanallar da önə çıxır.