12 İl əvvəl anamla kiçik bir bazara getmişdim. Diqqətimi çəkən ən maraqlı məqam, satıcıların müxtəlif formada, uca səslə, məzəli, qafiyəli cümlələr qışqırması idi. Digər maraqlı cəhət eyni məhsulu satan satıcılar arasında belə qafiyəli cümlələr səsləndirənlərin yanında hər zaman daha çox müştəri olurdu. Yadımda sadəcə biri qalıb və sizinlə paylaşıram: Gəəəəlll ayyy müşştərii, qızıldandı dişləri :)
İllər sonra başa düşdüm ki, satışın mövcud olduğu andan etibarən müştəriləri cəlb etmək üçün müxtəlif vasitələrdən istifadə olunub və o vaxt gördüyüm hadisənin də səbəbi məhz bu idi. O dövr üçün hətta uğurlu da sayılırdı. Hal-hazırkı dövrdə texnoloji yeniliklərin də köməyi ilə insanlar aşırı məlumatlıdırlar. Bu isə öz növbəsində istehsalçıların işini daha da çətinləşdirir.
Hər gün minlərlə e-postalar oxunmadan silinir, reklam broşurları,flayerlər oxunmadan atılır, TV reklamları zamanı isə insanlar ya kanalı dəyişir, ya da müəyyən bir ehtiyyac üçün sərf edir bu 2-3 dəqiqəlik zamanı. Buna baxmayaraq hər il inanılmaz məbləğlər sərf olunur bu reklamlar üçün. Mən son zamanlarda daha geniş yayılmış,daha ucuz və daha effektli bir üsul : təşviqat ( promosyon ) məhsulları haqqında yazacam.
Ümumiyyətlə diqqətlə baxsanız ətrafınızda,evinizdə cox sayda promosyon məhsulları görərsiniz. Bunların əksəriyyəti sərgilərdə stendlərdən,şirkətlərdə təşkil olunan görüşlərdə, və ya sadəcə təsadüfən küçədə sizə təqdim olunan məhsullardır. Bu promosyon məhsulları şirkət üçün ən ucuz və effektli vasitədir. Promosyon məhsullarını seçərkən nəzərə alınmalı məqamlar bunlardır.
1.Fərqli bir məhsul seçimi.
2.Məhsulun faydalılığı. Seçilən məhsul faydalı deyilsə bir kənara atılar və heç bir effekti olmaz. Buna görə faydalılıq əsas önəmli faktordur. Məhsul faydalı,işə yarayan olarsa hər zaman istifadə olunar və həmin şirkəti və ya verilən mesaji xatırladar.
3.Dizayn. Məhsulun dizaynı şirkətin imicinə və verilən mesaja uyğun olmalı və ilk baxışdan həmin şirkəti xatırlatmalıdır.
4. Seçilən materialın uzunömürlü olması. Məhsul nə qədər uzun ömürlü olarsa verdiyi mesaj və şirkətin adı da o qədər xatırlanar.
Promosyonlar nə qədər faydalıdır ?
Georgia Southern Universty tərəfindən aparılan araşdırmaya görə promosyon məhsulları paylanan insanların 71,6 %-i məhsulu paylayan şirkətin fəaliyyət göstərdiyi sahənin adını eşitdikdə həmin şirkətin adını xatırlayır. Üstəlik bu müştərilərdən 76,3 % həmin şirkət haqqında müsbət fikirlərə sahib olurlar. L.J Market Research tərəfindən hava limanlarında aparılan digər araşdırmaya görə isə son 12 ayda promosyon məhsulu təqdim edilən müştərilərin 34 % həmin məhsulu özü ilə gəzdirir.
Digər tərəfdən bu araşdırmaya görə son 12 ayda promosyon məhsulu alan insanların 76,1%-i həmin firmanın adını xatırlayır. Yuxarıdakı araşdırmalardan da gördüyümüz kimi promosyon məhsulları marketingin ayrılmaz hissəsinə çevrilib və şirkətin tanıtımı üçün ən ucuz vasitələrdən biridir. Şirkətinizin tanıtımını və ya müxtəlif layihələrdə vermək istədiyiniz mesajları çatdırmaq üçün oxunmadan atılan flayerlər, həddən artıq pul xərclənib də hədəf kütləsinə çatmayan TV carxları,oxunmadan silinən e-poctlar yoxsa promosyon məhsulları ? Özünüz seçin.