Dostlar, ötən həftə Antenn FM-də Aziza xanımın qonağı idik. “Deməyi Sizdən” verilişində məndən başqa Nikoyl Bankdan Rəşad bəy və Dəmirbankdan dostumuz Anar Bayramov da orda idi. Mövzumuz biznesin idarə edilməsi və marketinq idi. 2 bank sektoru və 1 FMCG sektoru nümayəndəsi olaraq bacardığımız qədər obyektiv və səmimi olmağa çalışdıq. Veriliş gözləmədiyim halda 2 saat çəkdi. Daha doğrusu verilişin normal vaxtı 2 saatdır, sadəcə mən bilmirdim :) Düşünmüşdüm ki, bu tip veriliş yarım saatdan çox olmaz. Bizdə çox sevmirlər axı ağır mövzulara girməyi. Amma sən demə uzun müddətdir ki, veriliş elə 2 saat davam edir. Elə bizim variantda da 2 saatın necə keçdiyini hiss etmədik. Ən son ana qədər votsap, facebook və zənglər vasitəsilə bizə qoşulanlar, sual verənlər oldu. Təbii ki, istər sualları, istərsə də mövzunu peşəkarcasına idarə edən Əzizə xanımı unutmaq olmaz. Hətta bir marketoloq olaraq bəzi məsələlərdə unudub demədiyim bir neçə faktı yadıma salarkən yaxşı hazırlaşdığını bildim özüm üçün :) Rəşad bəyi ilk dəfə görürdüm, elə ordaca fb-də dost olduq. Bayramov da ki heç. İsmayıllıya getdiyi günlər xaric Bakıda demək olar tez-tez görürəm. Çox uzatmağa lüzum yoxdur. Veriliş özü elə uzundur. Aşağıda 2 hissədə Sizə verilişi təqdim edirəm. İşdən çıxanda, yolda, evdə və s. taxın qulaqcıqları və rahat-rahat dinləyin. Təbii ki, şərhlər, iradlarınızı da bildirsəniz sevinərəm.